Hindistanda siyasi gərginlik: Rahul Qandi yenidən saxlanıldıbackend

Hindistanda siyasi gərginlik: Rahul Qandi yenidən saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda siyasi gərginlik: Rahul Qandi yenidən saxlanıldı
Hindistanın əsas müxalifət liderlərindən biri Rahul Qandi və bir sıra müxalifət deputatları seçki sistemi ilə bağlı etiraz aksiyası zamanı polis tərəfindən saxlanılıb.

Etirazçılar Baş Seçki Komissarı Gyanesh Kumarın istefasını tələb edirlər.

Müxalifət seçici siyahılarında aparılan dəyişikliklərlə bağlı şübhələrin araşdırılmasını və seçki komissiyasının fəaliyyətinə daha ciddi nəzarət edilməsini istəyir.

Hakim Bharatiya Janata Partiyası və Seçki Komissiyası isə qanunsuzluq iddialarını rədd edir. Hadisələr Baş nazir Narendra Modinin üçüncü hakimiyyət dövründə ölkədə siyasi mübahisələrin davam etdiyini göstərir.

//Samir Qurbanov, Editor.az