Paşinyandan azərbaycanlı əsgərlə bağlı açıqlama: “Atəş açmasaydı, geri qaytarardıq”backend

Paşinyandan azərbaycanlı əsgərlə bağlı açıqlama: “Atəş açmasaydı, geri qaytarardıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan olan hərbçi Nəsimi Musayevin Ermənistanda saxlanılması ilə bağlı açıqlama verib.

Editor.az xəbər verir ki, Paşinyan, Azərbaycan əsgəri atəş açmasaydı, onun həmin gün Azərbaycana qaytarılmaının mümkün olacağını bildirib.

Ermənistan hökumətinin başçısının sözlərinə görə, Musayevin atəş açması, bir vətəndaşa xəsarət yetirməsi və yaşayış evinə daxil olması vəziyyəti dəyişib.

“Əsgər atəş açıb, vətəndaşa zərər yetirib, insanların evinə daxil olub. Bunların heç biri baş verməsəydi, biz həmin gün əsgəri Azərbaycana qaytarardıq. Amma indi bu, artıq problemdir”, – Paşinyan deyib.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayevin sentyabrın 26-da hərbi hissəni özbaşına tərk etdiyi və daha sonra sərhədi keçərək Ermənistanda saxlanıldığı barədə məlumat oktyabrın 1-də yayılıb.

Oktyabrın 2-də Ermənistan məhkəməsi onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.