Energetika Nazirliyində kadr dəyişikliyi – Yeni şöbə müdiri müavini təyin edildibackend

Energetika Nazirliyində kadr dəyişikliyi – Yeni şöbə müdiri müavini təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Energetika Nazirliyində yeni kadr təyinatı həyata keçirilib.

Editor.az Milli.Az-a istinadən xəbər verir ki, nazir Pərviz Şahbazovun imzaladığı əmrlə Yusif Qayıbov Elektrik və istilik enerjisi şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub.

Qayıbov bu təyinata qədər “AzərEnerji” ASC-də Beynəlxalq Maliyyə institutları ilə əməkdaşlıq üzrə şöbəyə rəhbərlik edib. O, həmçinin Dünya Bankının maliyyələşdirdiyi “Azərbaycanda bərpa olunan enerjinin genişləndirilməsi” layihəsinin İcra Qrupunun direktoru olub.

Bundan əlavə, Yusif Qayıbov ötən aydan “AzərEnerji”nin səhmdarı olduğu “Green Energy Corridor Power Company” (GECO) şirkətinin Direktorlar Şurasının sədri və baş direktoru vəzifələrini də icra edir.

Qeyd edək ki, GECO 2024-cü ildə Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstanın enerji şirkətləri tərəfindən yaradılıb. Birgə müəssisənin əsas məqsədi Xəzər regionundan Qara dəniz üzərindən Avropaya “yaşıl” enerjinin ötürülməsini nəzərdə tutan “Black Sea Energy” layihəsini həyata keçirməkdir.