Cəbrayılda mina partladı: 24 yaşlı kişi xəsarət aldıbackend

Cəbrayılda mina partladı: 24 yaşlı kişi xəsarət aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Dağmaşanlı kəndi ərazisində mina partlayıb, bir nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Editor.az Milli.Az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 8-də baş verib. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.

İlkin məlumata görə, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Orxan Qəhrəmanov minalardan təmizlənməyən ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Partlayış nəticəsində o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə ilə bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

Rəsmi qurumlar vətəndaşlara mina təhlükəsi olan ərazilərə daxil olmamaq, xəbərdarlıq nişanlarına diqqət etmək və şübhəli əşyalara toxunmamaq barədə bir daha xəbərdarlıq edib. Həmçinin çəpərlənmiş və təhlükəli olduğu bildirilən ərazilərə müdaxilə edilməməsi çağırışı edilib.