Pakistanın Səudiyyə Ərəbistanındakı hərbi mövcudluğu təsdiqləndibackend

Pakistanın Səudiyyə Ərəbistanındakı hərbi mövcudluğu təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistan ordusu Səudiyyə Ərəbistanında hərbi qüvvələrinin yerləşdirildiyini rəsmən təsdiqləyib.

Editor.az “Reuters”ə istinadən xəbər verir ki, Pakistan ordusunun sözçüsü, general-leytenant Əhməd Şərif Çaudri ölkə hərbçilərinin Səudiyyə Ərəbistanında artıq mövcud olduğunu açıqlayıb.

Onun sözlərinə görə, Pakistan hərbçiləri müxtəlif hərbi sahələr üzrə imkanları ilə birlikdə Ər-Riyadda yerləşdirilib. General bu addımın iki ölkə arasında uzun illərdir davam edən müdafiə və təhlükəsizlik əməkdaşlığının nəticəsi olduğunu bildirib.

Çaudhri qeyd edib ki, avqust ayında Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanan Məkkə müqaviləsi də məhz bu uzunmüddətli əlaqələr əsasında formalaşıb. Sazişə əsasən, üç ölkədən hər hansı birinə qarşı silahlı hücum digər iki dövlətə də hücum kimi qiymətləndirilir.

Məlumata görə, Səudiyyə Ərəbistanının Yəməndəki husilərin mümkün yeni hücumları ilə üzləşdiyi bir vaxtda Türkiyə Ər-Riyada texniki və müdafiə dəstəyi göstərməyə başlayıb. Bu dəstəyə hərbi avadanlıq, kəşfiyyat və hava hücumundan müdafiə imkanlarının daxil olduğu bildirilir.

Pakistan və Türkiyənin Səudiyyə Ərəbistanının hərbi əməliyyatlarını dəstəkləyən texnika təmin etdiyi də qeyd olunur. Bununla belə, Pakistan hərbçilərinin Səudiyyə Ərəbistanındakı sayının və konkret fəaliyyət istiqamətlərinin miqyası açıqlanmayıb.

Çaudhri qoşunların sayı, istifadə olunan texnika və Pakistan hərbçilərinin Yəməndə husilərə qarşı əməliyyatlarda iştirak edib-etməyəcəyi ilə bağlı məlumat verməyib. O, bu məsələlərin məxfi olduğunu bildirib.

Mövcud məlumatlara əsasən, Pakistanın əsas diqqətinin Yəməndə quru əməliyyatlarından daha çox Səudiyyə Ərəbistanının müdafiəsinə yönəldiyi ehtimal olunur. Buraya hava hücumundan müdafiə, kəşfiyyat, müşahidə, logistika və strateji obyektlərin qorunması kimi istiqamətlər daxil ola bilər.

Bu vəziyyət Pakistanın 2015-ci ildəki mövqeyindən fərqlənir. Həmin vaxt Pakistan parlamenti Səudiyyə Ərəbistanının Yəməndə husilərə qarşı keçirdiyi hərbi kampaniyada Pakistan qüvvələrinin iştirak etməsi ilə bağlı tələbi rədd etmişdi.

Sonrakı illərdə İslamabad Yəmən münaqişəsinə birbaşa hərbi müdaxilədən yayınsa da, Səudiyyə Ərəbistanı ilə sıx müdafiə və təhlükəsizlik əməkdaşlığını davam etdirib.