Azərbaycan sərhədini pozmaq istədilər: 3 nəfər saxlanıldıbackend

Azərbaycan sərhədini pozmaq istədilər: 3 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın dövlət sərhədini pozaraq Gürcüstan istiqamətində keçməyə çalışan üç xarici ölkə vətəndaşı saxlanılıb.

Editor.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, oktyabrın 6-da DSX Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində keçirilən əməliyyat tədbirləri zamanı bir Mərakeş vətəndaşı saxlanılıb.

Oktyabrın 7-də isə “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində iki Əfqanıstan vətəndaşının Azərbaycan ərazisindən Gürcüstan istiqamətində dövlət sərhədini qanunsuz keçməyə cəhd etdiyi müəyyənləşib. Həmin şəxslər də sərhədçilər tərəfindən saxlanılıb.

Faktlarla bağlı hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.