Zelenski açıqladı: Ukrayna nümayəndə heyəti ABŞ-də danışıqlar aparacaqbackend

Zelenski açıqladı: Ukrayna nümayəndə heyəti ABŞ-də danışıqlar aparacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın nümayəndə heyəti oktyabrın 9-10-da ABŞ-də bir sıra görüşlər keçirəcək.

Editor.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.

Zelenskinin sözlərinə görə, Kiyevin danışıqlar qrupu Avropadakı təmasların ardından ABŞ-yə yollanacaq. Prezident nümayəndə heyətinin Vaşinqtona Ukraynanın mövqeyi ilə bağlı bütün lazımi mesajları çatdıracağını gözlədiyini bildirib.

Ukrayna lideri eyni zamanda ABŞ Prezidenti Donald Trampa Rusiyaya qarşı siyasi və iqtisadi təzyiqlərin daha da artırılması çağırışı edib.

Zelenskinin açıqlamasına əsasən, ABŞ-də keçiriləcək görüşlərdə Ukraynanın mövqeyinin və gözləntilərinin diqqətə çatdırılması əsas məsələlərdən biri olacaq.