Ankara Moskva ilə ANLAŞDI: Dağlıq Qarabağda… – FOTO/VİDEObackend

Ankara Moskva ilə ANLAŞDI: Dağlıq Qarabağda… – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə naziri Sergey Şoyqu və Türkiyə Milli Müdafiə naziri Hulusi Akar Dağlıq Qarabağda atəşin dayandırılmasına birgə nəzarət mərkəzinin yaradılması ilə bağlı memorandum imzalayıblar.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müştərək mərkəz Azərbaycan ərazisində yerləşəcək, atəşkəsə əməl edilməsinə dair məlumatların toplanmasını, yoxlanmasını və ümumiləşdirilməsini həyata keçirəcək. Bu mərkəz razılaşmanın pozulması ilə əlaqəli istənilən sual və problemin, şikayətin baxılması üçün bir orqan olacaq.

Hulusi Akar bildirib:

“İmzalarla birlikdə Qarabağ bölgəsində atəşkəsin, sülhün və əmin-amanlığın bərqərar olunmasında çox önəmli bir addım atacağımıza bütün qəlbimlə inanıram. Ümid edirəm ki, görəcəyimiz iş bölgəyə faydalı və xeyirli olacaq”.