Ev almaq istəyənlərə xəbər: Azərbaycanda mənzillər bahalaşıbbackend

Ev almaq istəyənlərə xəbər: Azərbaycanda mənzillər bahalaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin üçüncü rübündə Azərbaycanda mənzillərin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz yüksəlib.

Editor.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, qiymət artımı həm yeni tikililərdə, həm də təkrar mənzil bazarında qeydə alınıb.

Belə ki, ilkin mənzil bazarında qiymətlər illik müqayisədə 10,4 faiz, köhnə mənzillərin satıldığı təkrar bazarda isə 8,4 faiz artıb.

Bu ilin ikinci rübü ilə müqayisədə də mənzil bazarında bahalaşma davam edib. Ümumi qiymət artımı 1,4 faiz təşkil edib. Yeni tikililərdə mənzillər 1,3 faiz, təkrar mənzil bazarında isə 1,4 faiz bahalaşıb.