Türkiyəli jurnalist Azərbaycanda cinayət işi üzrə beynəlxalq axtarışa verildibackend

Türkiyəli jurnalist Azərbaycanda cinayət işi üzrə beynəlxalq axtarışa verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun dəyişdirilməsinə və dini zəmində nifrətə çağırışlarla bağlı cinayət işi başlanıb.

Editor.az-ın məlumatına görə, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti açıqlama yayıb.

Bildirilib ki, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən Türkiyə vətəndaşı, “Şanlıurfa Olay” qəzetinin köşə yazarı, 1975-ci il təvəllüdlü Celal Çiftçi tərəfindən müvafiq məzmunlu materialların paylaşılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb.

Araşdırmalar zamanı 21 sentyabr 2026-cı il tarixli Nazirlər Kabineti qərarından sonra hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun dəyişdirilməsinə və dini zəmində nifrət və düşmənçiliyin təşviqinə yönələn materialların yenidən yayıldığı müəyyən edilib. Həmin materiallar arasında süni intellekt vasitəsilə hazırlanmış məzmunların da olduğu bildirilib.

Toplanmış sübutlar əsasında oktyabrın 16-da Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Məlumata görə, Celal Çiftçi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində beynəlxalq axtarış elan edilib.

Hazırda onun və digər şəxslərin əməllərinin araşdırılması üçün Türkiyənin müvafiq qurumlarına beynəlxalq hüquqi yardım sorğuları göndərilib. İş üzrə istintaq tədbirləri davam etdirilir.

Baş Prokurorluq vətəndaşları dini zəmində nifrət və düşmənçiliyi təşviq edən materialları yaymamağa, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə və qanunvericiliyin tələblərinə əməl etməyə çağırıb.