Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti Məsud Pezeşkian İrəvanda bir araya gəliblər. Görüş BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının (COP17) liderlər sammiti çərçivəsində baş tutub.
Editor.az xəbər verir ki, “Sputnik-Armenia”nın məlumatına görə, görüş zamanı iki ölkə arasında ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub.
Qeyd edək ki, Nikol Paşinyan və Məsud Pezeşkian bundan əvvəl oktyabrın 9-da Türkmənistanda da görüşüblər.

