Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun Yeni Azərbaycan Partiyasında (YAP) yeni vəzifəyə gətiriləcəyi gözlənilir.
Editor.az-ın “Teleqraf”a istinadən verdiyi məlumata görə, Əli Həsənovun partiyanın yeni seçilmiş İdarə Heyətinin bu gün keçiriləcək ilk iclasında Veteranlar Şurasının sədri seçiləcəyi bildirilir.
İclasda, həmçinin Təftiş Komissiyasına və Gənclər Birliyinə rəhbərlik edəcək şəxslərin müəyyənləşdirilməsi gözlənilir.
Qeyd edək ki, YAP-ın Veteranlar Şurasının hazırkı sədri Arif Rəhimzadədir.

