Ukraynanın pulu TÜKƏNİR? Frederiksendən Avropaya TƏCİLİ ÇAĞIRIŞbackend

Ukraynanın pulu TÜKƏNİR? Frederiksendən Avropaya TƏCİLİ ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Danimarkanın Baş naziri Mette Frederiksen Ukraynanın maliyyə vəziyyəti ilə bağlı narahatlığını ifadə edib. O bildirib ki, Kiyevə 2026-cı il üçün təcili Avropa maliyyə dəstəyi, eləcə də 2027-ci ildə vəsait ayrılacağına dair təminatlar lazımdır.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, Frederiksenin sözlərinə görə, Ukraynanın maliyyə imkanları ciddi şəkildə məhdudlaşıb. Bu vəziyyət ölkənin ehtiyac duyduğu hərbi avadanlıqları almaq və istehsal etmək imkanlarına da təsir göstərir.

Danimarka Baş naziri Ukraynanın hazırda ən təcili hərbi ehtiyacının hava hücumundan müdafiə sistemləri olduğunu vurğulayıb.

Frederiksen Avropanın həm yaxın dövr, həm də 2027-ci il üçün Ukraynaya maliyyə dəstəyi məsələsində aydın təminatlar verməsinin vacibliyini qeyd edib.