Azərbaycanda məktəb direktoru faciəli şəkildə öldübackend

Azərbaycanda məktəb direktoru faciəli şəkildə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, rayonun Qum kəndi ərazisində Məhəmməd Xəlilovun idarə etdiyi  “Mercedes” və Təbriz Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub.

Nəticədə “Mercedes”də olan sərnişinlərdən rayon sakini Dilafət Xəlilova aldığı xəsarətlərdən xəstəxanada ölüb, bacısı İradə Əliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ölən şəxs Lələli kənd tam orta məktəbinin direktorudur.

//oxu.az