Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Suraxanı rayonunda qeydə alınıb. Günəşli qəsəbəsində yolu keçən 1956-cı il təvəllüdlü Cavadlı Gülşən Cavad qızını avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.

