Bomba xəbərdarlıqları ölkəni silkələdi – Bolqarıstanda bir sıra qurumlar təxliyə edildibackend

Bomba xəbərdarlıqları ölkəni silkələdi – Bolqarıstanda bir sıra qurumlar təxliyə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bolqarıstanda bir sıra dövlət qurumları, məhkəmələr və təhsil müəssisələri ilə bağlı bomba xəbərdarlıqları daxil olub.

Editor.az TRT Haber-ə istinadən xəbər verir ki, ölkənin paytaxtı Sofiya başda olmaqla, müxtəlif şəhərlərdə yerləşən dövlət və ictimai qurumlara bomba qoyulması barədə məlumatlar yayılıb.

Məlumata görə, analoji xəbərdarlıqlar Plovdiv, Köstendil, Montana, Razqrad, İspеrih, Loveç, Pazarcık, Burqas, Haskovo, Sliven və Blaqoevqradda, eləcə də ölkənin digər bölgələrindəki müxtəlif qurumlara göndərilib.

Bomba xəbərdarlıqlarından sonra bəzi müəssisələrdə çalışan əməkdaşlar təxliyə edilib. Polis əməkdaşları isə məlumatların araşdırılması məqsədilə binalarda təhlükəsizlik yoxlamaları həyata keçiriblər.

Hadisələrlə bağlı araşdırmaların davam etdiyi bildirilir.

// Aydan Bünyatova, Editor.az