Azərbaycanın xarici borcu nə qədərdir? Rəsmi statistika açıqlandıbackend

Azərbaycanın xarici borcu nə qədərdir? Rəsmi statistika açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın xarici dövlət borcunun son məbləği açıqlanıb. Oktyabrın 1-nə olan məlumata əsasən, ölkənin xarici dövlət borcu 4 milyard 509,5 milyon ABŞ dolları təşkil edib.

Editor.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Rəsmi statistikaya əsasən, Azərbaycanın xarici dövlət borcu ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz azalıb.

Borcun azalması sentyabr ayında da davam edib. Belə ki, təkcə ötən ay ərzində Azərbaycanın xarici dövlət borcunun məbləği 50 milyon dollar aşağı düşüb.

Xatırladaq ki, ötən il ölkənin xarici dövlət borcu 6,7 faiz azalaraq 4 milyard 813,5 milyon dollara enmişdi. Həmin məbləğ milli valyuta ilə 8 milyard 183 milyon manata bərabər olub.