Yardımlıda qazi intihar etdibackend

Yardımlıda qazi intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yardımlıda Vətən müharibəsi qazisi intihar edib.

Editor.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Elşad Paşasoy məlumat paylaşıb.

Məlumata görə, rayonun Urakəran kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Rafiq oğlu Quliyev bağda özünü asıb. Fəridin hansı səbəbdən intihar etdiyi bəlli olmasa da, Paşasoyun sözlərinə görə, o, gecə-gündüz dəhşətli döyüş səhnələrindən danışırmış.

“Bəlkə də bir neçə saatlıq psixoloji məsləhətlər onu fikrindən daşındırardı”, – deyə jurnalist qeyd edib.