Dünya bazarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb. “Azeri Light” markalı neftin bir bareli 133,23 ABŞ dollarına yüksəlib.
Editor.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 8,04 dollar və ya 6,42% artıb.
Qeyd edək ki, “Azeri Light” markalı neftin əvvəlki qiyməti 125,19 ABŞ dolları təşkil edib. Son dəyişiklik nəticəsində Azərbaycan neftinin bir barelinin dəyəri 133 dolları keçib.

