Paşinyandan Azərbaycanla sülh barədə açıqlama: Almatı Bəyannaməsini xatırlatdıbackend

Paşinyandan Azərbaycanla sülh barədə açıqlama: Almatı Bəyannaməsini xatırlatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan Almatı Bəyannaməsinin Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması prosesində mühüm əhəmiyyət daşıdığını bildirib.

Editor.az “Report”a istinadən xəbər verir ki, Paşinyan bu fikirləri MDB Dövlət Başçıları Şurasının iclasında səsləndirib.

Ermənistan hökumətinin başçısı 21 dekabr 1991-ci ildə qəbul edilmiş Almatı Bəyannaməsinin Müstəqil Dövlətlər Birliyinin əsasını təşkil edən mühüm sənədlərdən biri olduğunu vurğulayıb.

Paşinyan, həmçinin 2024-cü ildə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti ilə bağlı Əsasnamənin imzalandığını və ratifikasiya edildiyini xatırladıb.

Onun sözlərinə görə, həmin sənəd müstəqillik əldə etdikdən sonra iki ölkə arasında imzalanan ilk ikitərəfli hüquqi qüvvəyə malik sənəd olub.

Baş nazir qeyd edib ki, Əsasnamədə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası zamanı Almatı Bəyannaməsinin əsas prinsip kimi rəhbər tutulması təsbit edilib.

Paşinyanın açıqlaması Almatı Bəyannaməsinin iki ölkə arasında sərhədlərin müəyyənləşdirilməsi və sülh prosesindəki əhəmiyyətini bir daha gündəmə gətirib.