İspaniya La Liqasında çıxış edən ən dəyərli futbolçuların yeni transfer qiymətləri açıqlanıb.
Editor.az xəbər verir ki, oyunçuların bazar dəyərini təhlil edən “Transfermarkt” portalının hazırladığı siyahıda Türkiyə millisinin və “Real Madrid”in gənc ulduzu Arda Güler də yer alıb.
Arda Gülerin transfer qiyməti 100 milyon avroya yüksəlib. Bununla da o, bazar dəyəri 100 milyon avroya çatan ilk türkiyəli futbolçu olub.
Siyahının lideri isə “Barselona”nın gənc ulduzu Lamin Yamal olaraq qalır. Onun transfer qiyməti 220 milyon avro təşkil edir. İlk onluqda “Real Madrid”dən beş, “Barselona”dan dörd futbolçu yer alıb. “Atletiko Madrid”i isə ilk onluqda yalnız hücumçu Xulian Alvares təmsil edir.
“Transfermarkt”ın məlumatlarına əsasən, La Liqanın ən bahalı 10 futbolçusu belə sıralanıb:
- Lamin Yamal (“Barselona”) – 220 milyon avro
- Kilian Mbappe (“Real Madrid”) – 200 milyon avro
- Cud Bellinqem (“Real Madrid”) – 160 milyon avro
- Pedri (“Barselona”) – 150 milyon avro
- Vinisius Junior (“Real Madrid”) – 130 milyon avro
- Yan Diomande (“Real Madrid”) – 120 milyon avro
- Fermin Lopes (“Barselona”) – 110 milyon avro
- Xulian Alvares (“Atletiko Madrid”) – 110 milyon avro
- Arda Güler (“Real Madrid”) – 100 milyon avro
- Pau Kubarsi (“Barselona”) – 100 milyon avro

