Rusiya Avropada hibrid hücumların artmasında ittiham olunurbackend

Rusiya Avropada hibrid hücumların artmasında ittiham olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Avropada hibrid hücumların artmasında ittiham olunur
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaja Kallas Rusiyanı Avropada hibrid fəaliyyətləri artırmaqda və insanların həyatını təhlükə altında qoymaqda ittiham edib.
Kallas xüsusilə pilotsuz uçuş aparatlarının hava məkanına daxil olması, sabotaj cəhdləri və kiberhücumlar kimi hadisələrə diqqət çəkib.

Onun sözlərinə görə, son dövrdə Moldova hava məkanında Rusiya dronları və raketləri ilə bağlı insidentlər təhlükəsizlik narahatlıqlarını artırıb.

Almaniya kansleri Fridrix Merz də Avropanın Rusiya ilə əlaqələndirilən hibrid təhdidlərlə üzləşdiyini bildirib. Alman tərəfi həmçinin dron və kiberhücumların yaratdığı təhlükələrə diqqət çəkib.

Moskva isə Qərb rəsmilərinin bu tip ittihamlarını rədd edir. Hadisələr fonunda Avropa ölkələri kritik infrastrukturun və hava məkanının təhlükəsizliyinin gücləndirilməsini prioritet məsələlərdən biri kimi nəzərdən keçirirlər.

//Samir Qurbanov, Editor.az