Avro dollara qarşı 2025-ci ilin mayından bəri ən aşağı səviyyəyə enib.
Editor.az-ın xəbərinə görə, həmçinin son iki həftə ərzində türk lirəsinə qarşı bir lirədən çox dəyər itirib.
İndi bazarın diqqəti Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcəsi ilə bağlı qərarına yönəlib.
Belə ki, dollar həftəyə yüksəlişlə başlasa da, dollar indeksi (DXY) 0,50%-dək artım nümayiş etdirərək 102,45 səviyyəsində ticarət olunub. Avro isə 1,11612 dollara enərək 2025-ci ilin mayından bəri ən aşağı səviyyəyə düşüb.
//Dəniz Pənahova, Editor.az

