ABŞ və İsrailin hücumlarından sonra İranda mülki şəxslər üçün hərbi təlimlər intensivləşib.
Editor.az-ın xəbərinə görə, “Can Feda” proqramında qeydiyyatdan keçən kişi və qadınlar uzun lüləli silahların istifadəsi, həmçinin hava hücumundan müdafiə, reaktiv yaylım atəşi sistemləri, ilkin tibbi yardım və şəhər şəraitində döyüş taktikası üzrə təlimlər keçirlər.
İştirakçılar bildirivlər ki, onlar potensial yeni hücum və ya işğal halında ölkələrini müdafiə etməyə hazırlaşırlar.
//Dəniz Pənahova, Editor.az

