Suriyanın Quneytra əyalətində “Sufa 53” layihəsi çərçivəsində İsrail qüvvələrinin 70 kilometrlik hərbi yolun çəkilməsi və səngərlərin qazılması ilə bağlı işləri bərpa etməsindən sonra gərginlik artıb.
Editor.az xəbər verir ki, Türkiyənin xarici İşlər Nazirliyi İsrailin Suriyada yeni “fakt qarşısında qoyma” (fait accompli) vəziyyətləri yaratmağa yönəlmiş fəaliyyətlərini pisləyib və kənd təsərrüfatı torpaqlarına ziyan vuran, həmçinin 1974-cü il sazişi ilə müəyyən edilmiş bufer zonasının statusunu dəyişməyə yönəlmiş bu addıma etirazını bildirib.
Bölgədən daxil olan məlumatlara görə, İsrailin ağır texnika və avadanlıqdan istifadə etməklə həyata keçirdiyi hərbi infrastruktur işləri yerli əhalinin əsas dolanışıq mənbəyi olan kənd təsərrüfatı torpaqlarına ciddi ziyan vurur. Sərhəd xətti boyunca səngərlərin dərinləşdirilməsi və torpaq sədlərin çəkilməsinin kənd sakinlərinin öz torpaqlarına çıxışını məhdudlaşdırdığı, eyni zamanda İsrailin özünün faktiki mövcudluğunu genişləndirməyə çalışdığı vurğulanıb.
//Dəniz Pənahova, Editor.az

