Magistraturada əlavə qəbulun nəticələri AÇIQLANDI: 195 nəfərə pulsuz təhsilbackend

Magistraturada əlavə qəbulun nəticələri AÇIQLANDI: 195 nəfərə pulsuz təhsil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-2027-ci tədris ili üzrə magistraturaya qəbulda boş qalan dövlət sifarişli yerlərlə bağlı əlavə müsabiqənin nəticələri açıqlanıb.

Editor.az DİM-ə istinadən xəbər verir ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul üzrə keçirilən əsas müsabiqədən sonra müəyyən sayda dövlət sifarişli yer boş qalıb.

Məlumata görə, həmin yerlər üçün müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunan bakalavrlar arasında əlavə müsabiqə təşkil edilib. Namizədlər topladıqları ballar əsasında müsabiqədə iştirak ediblər.

Əlavə müsabiqənin nəticələrinə əsasən, 195 tələbə magistraturada ödənişsiz əsaslarla təhsil almaq hüququ qazanıb.

Dövlət sifarişli yerlərə əlavə qəbul olunan tələbələrin siyahısı müvafiq tədbirlərin görülməsi üçün ali təhsil müəssisələrinə təqdim edilib.

Həmçinin həmin tələbələrə nəticə barədə məlumat onların “Şəxsi kabinet”lərində qeyd etdikləri mobil telefon nömrələri vasitəsilə göndərilib.