Bakıda şagird bıçaqlanıb.
Editor.az lent.az-a istinadla xəbər verir ki, hadisə bu gün günorta saatlarında Nizami rayonu ərazisində baş verib.
Orta məktəblərdən birinin 9-cu sinfində təhsil alan yeniyetmə sinif yoldaşını bıçaqlayıb.
Əldə etdiyimiz məlumata əsasən, hadisəni törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

