Şəhidimizin adını daşıyan gəmidə yanğın: ölənlər var – VİDEObackend

Şəhidimizin adını daşıyan gəmidə yanğın: ölənlər var – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rumıniyanın ərazi sularının hüdudlarından kənarda “Royad Mammadov” gəmisində baş verən yanğın nəticəsində iki nəfərin öldüyü bildirilir.

Editor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin dərc etdiyi məlumatda qeyd olunur.

***

Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyəyə məxsus “Royad Məmmədov” adlı gəmi Rumıniya sahillərindən təxminən 20 dəniz mili məsafədə PUA hücumuna məruz qalıb.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində gəminin kapitanı yaralanıb. 13 heyət üzvü isə itkin düşüb.

Rumıniya rəsmiləri ərazidə axtarış-xilasetmə əməliyyatlarına başladıqlarını bildiriblər.

***

Rumıniya rəsmilərinin məlumatına görə, gəminin 11 ekipaj üzvü xilas edilib, iki nəfər isə həlak olub.