İtə qarşı zorakılıq edən şəxslə bağlı şok iddia – Videobackend

İtə qarşı zorakılıq edən şəxslə bağlı şok iddia – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində, Yeni Həyat yaşayış massivində itə qarşı zorakılıq göstərilməsi ilə bağlı bəzi detallar məlum olub.

Baku TV xəbər verir ki, hadisə ilə bağlı danışan sakinlərin sözlərinə görə, itə qarşı zorakılıq edən şəxs narkotik maddə istifadəçisidir və daha əvvəl də heyvanlara qarşı oxşar hərəkətlər edib.

 

Vəkil Emil Aslanovun sözlərinə görə, heyvanlarla rəhmsiz rəftar edilməsinə, o cümlədən onlara ağrı, əzab və işgəncə verilməsinə, döyülməsinə və ya döyüşdürülməsinə görə 500 manatdan 800 manatadək cərimə nəzərdə tutulur.

Bu əməllər nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törədildikdə, 800 manatdan 1 000 manatadək cərimə tətbiq edilir.

Ekspert bildirib ki, əməllər heyvanların şikəst edilməsinə səbəb olduqda 1 000 manatdan 1 500 manatadək, heyvanların tələf olması ilə nəticələndikdə isə 1 500 manatdan 2 000 manatadək cərimə və ya bir ayadək inzibati həbs tətbiq edilə bilər.