Rusiya Moskvada Əfqanıstanla bağlı yüksək səviyyəli məsləhətləşmələrə ev sahibliyi edib. Görüşlərdə
Taliban nümayəndələri ilə yanaşı Çin, Hindistan, İran, Pakistan və Mərkəzi Asiya ölkələrinin təmsilçiləri iştirak edib.
Rusiya xarici işlər naziri Sergey Lavrov Talibanın xarici işlər naziri Əmir Xan Müttəqi ilə görüşüb. Moskva Taliban hakimiyyətinin terror qruplarına və narkotik qaçaqmalçılığına qarşı mübarizəsini müsbət qiymətləndirib.
Lakin görüşlər Əfqanıstan və Pakistan arasında münasibətlərin kəskinləşdiyi bir vaxta təsadüf edib. İki ölkə sərhədyanı hücumlarla bağlı bir-birini ittiham edir.
Moskva həmçinin Əfqanıstanda sabitliyin təmin edilməsində vasitəçilik etməyə hazır olduğunu bildirib. Əfqanıstan məsələsi Rusiya, Çin, İran, Pakistan və Mərkəzi Asiya ölkələri üçün təhlükəsizlik baxımından xüsusi əhəmiyyət daşıyır.
//Samir Qurbanov, Editor.az

