Azərbaycanın tamblinq üzrə milli komandasının üzvü Tofiq Əliyev Böyük Britaniyada keçirilən yarışlarda yüksək nəticə göstərib.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.
Milli komandanın üzvü Böyük Britaniyada təşkil olunan Milli yaş qrupları finalı və Böyük Britaniya çempionatında uğurla çıxış edib.
Tofiq Əliyev hər iki yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq 2 qızıl medal qazanıb.

