Bakının Qaradağ rayonu ərazisində səhər saatlarında yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb.
Editor.az-ın “Yeni Sabah”a istinadən verdiyi məlumata görə, qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
İlkin məlumatlara əsasən, qəzaya uğrayan avtobusda gənc əsgərlər olub.
Hadisənin başvermə səbəbləri və yaralıların vəziyyəti ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.
Qəza ilə bağlı təfərrüatlar dəqiqləşdirilir.

