Rusiyanın Kaluqa vilayətində yerləşən “Yandex” məlumat mərkəzinin bir neçə modulu Ukrayna dronunun hücumu nəticəsində sıradan çıxıb.
Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə şirkətin nümayəndələri məlumat veriblər.
Qeyd edək ki, oktyabrın 8-də Ukrayna ordusu Rusiyanın Ryazan vilayətində yerləşən “Yandex”ə məxsus məlumat mərkəzinə də pilotsuz uçuş aparatı ilə zərbə endirib.
Beləliklə, şirkətin Rusiyanın müxtəlif bölgələrində yerləşən məlumat mərkəzləri ilə bağlı dron hücumları barədə məlumatlar yayılıb. Hadisələrin nəticələri və infrastrukturun fəaliyyətinə təsiri barədə əlavə təfərrüatlar açıqlanmayıb.

