Aynur Sofiyevadan valideynlərə mesaj: Uşaqlar ailədə gördüklərindən təsirlənirlərbackend

Aynur Sofiyevadan valideynlərə mesaj: Uşaqlar ailədə gördüklərindən təsirlənirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaqların dünyagörüşünün və mənəvi dəyərlərinin formalaşmasında ailə mühiti mühüm rol oynayır. Valideynlərin davranışları və ailə üzvləri arasındakı münasibətlər uşaqların tərbiyəsinə televiziya və qısamüddətli tədrisdən daha güclü təsir göstərə bilər.

Edtor.az AZXEBER.COM-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Gənclər və İdman Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda konfransda səsləndirib.

Aynur Sofiyevanın sözlərinə görə, uşaqlar ailə dəyərlərini ilk növbədə gündəlik həyatda müşahidə etdikləri davranışlar vasitəsilə mənimsəyirlər. Böyüklərə hörmət, uşaqlara qayğı, ailə üzvləri arasında sevgi və sədaqət kimi keyfiyyətlər onların şəxsiyyətinin formalaşmasına təsir edən əsas amillərdəndir.

Komitə sədrinin müavini qeyd edib ki, ailənin cəmiyyətlə münasibəti və evdə formalaşan davranış nümunələri də uşaqların mənəvi inkişafında əhəmiyyət daşıyır.

O vurğulayıb ki, uşaqların ailədə müşahidə etdikləri davranışlar televiziyadan aldıqları məlumatlardan və bir neçə saatlıq tədrisdən daha təsirli ola bilər.

Aynur Sofiyeva, həmçinin cəmiyyətin sağlam inkişafı üçün baş verən proseslərə düzgün qiymət verilməsinin və onlara adekvat münasibət göstərilməsinin vacibliyini diqqətə çatdırıb.