Rusiyanın Kamçatka bölgəsinin cənub sahillərində 6,9 maqnitudalı zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Petropavlovsk-Kamçatsk şəhərində də hiss olunub.
Editor.az-ın Milli.az-a istinadən məlumatına görə, zəlzələ yerli vaxtla saat 15:35-də, Bakı vaxtı ilə isə saat 07:35-də qeydə alınıb.
Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 156 kilometr cənub-qərbdə, quruda yerləşib.
İnstrumental ölçmələrin nəticələrinə əsasən, zəlzələnin gücü şəhər ərazisində 5 bala qədər hiss olunub.
Hadisə nəticəsində ölən və yaralananlar, eləcə də dağıntılar barədə hələlik məlumat verilməyib.

