Zəngəzur dəhlizinə TƏHLÜKƏ – Gələn ay…backend

Zəngəzur dəhlizinə TƏHLÜKƏ – Gələn ay…  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“TRIPP layihəsi Azərbaycan və Ermənistan üçün Orta Dəhlizə inteqrasiyanı dərinləşdirmək üçün imkanlar açır”. Bu mövzuda politoloq Suren Sarkisyan qeyd edib ki, son aylarda baş verən hadisələr Ermənistanda TRIPP layihəsinin həyata keçirilməsinə mane olan amillərin daha dolğun mənzərəsini təqdim edir: “Bu amillərdən birincisi İranla bağlıdır. ABŞ və İsrailin İrana qarşı müharibəsi regional təhlükəsizlik mənzərəsini kökündən dəyişdirib. Tehran ABŞ hərbi bazalarına və qonşu ölkələrdəki raketlərinin məsafəsindəki digər hədəflərə zərbələr endirir. Bu fonda, TRIPP layihəsi ABŞ tərəfindən dəstəklənən və İranın şimal sərhədi boyunca birbaşa uzanan strateji nəqliyyat marşrutunu təmsil edir – bəzi yerlərdə ondan bir neçə yüz metr aralıda”.

İran Zəngəzur dəhlizini İrəvandan hədələdi – Bakıdan REAKSİYA

Analitikə görə, bu marşrutun yeri və strateji əhəmiyyəti Tehranda ciddi narahatlıqlar doğurub və İran layihəyə qarşı çıxdığını açıq şəkildə bildirib: “Buna görə də gecikmələrin qismən İranla ABŞ arasında danışıqlar və onların nəticələri ilə bağlı qeyri-müəyyənliklə əlaqəli olduğunu istisna etmək olmaz”. Onun fikrincə, yenidən hərbi əməliyyatlar baş verərsə, üçüncü bir ölkənin ərazisindən keçməsinə baxmayaraq, bu marşrut potensial olaraq İran üçün hədəfə çevrilə bilər…

ABŞ ilə İran arasında Zəngəzurla bağlı anlaşma mümkündürmü? Doğrudanmı layihənin taleyi bu iki dövlətin münaqişəsindən asılıdır? Əgər noyabrda İrana zərbələr bərpa olunarsa, dəhlizin açılması gecikə bilərmi?

Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a bildirib ki, İranın TRİPP layihəsinə qarşı hərbi və ya qeyri-hərbi təsir göstərməsi nəzəri cəhətdən mümkündür. Onun fikrincə, lakin belə bir addımın baş verməsi, İranın buna hansı formada cəhd etməsi və layihənin real hərbi hədəfə çevrilməsi ayrı-ayrı məsələlərdir: “Tehran üçün əsas məsələ təkcə nəqliyyat dəhlizinin açılması deyil, onun İranın regional mövqeyinə, Ermənistanla sərhəd əlaqələrinə və Cənubi Qafqazdakı güc balansına necə təsir edəcəyidir. Marşrutun əsas geosiyasi əhəmiyyəti Ermənistanın Zəngəzur bölgəsi və İranla sərhədinə yaxın ərazidən keçməsi ilə bağlıdır. Layihənin ABŞ-la əlaqələndirilməsi Tehran üçün məsələni sadəcə nəqliyyat və ticarət deyil, həm də təhlükəsizlik məsələsinə çevirə bilər. Amma İranın layihəyə qarşı çıxması onun mütləq hərbi hücuma hazırlaşması demək deyil. Hazırkı layihə sənədlərində ABŞ hərbi qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulmur; Ermənistan rəsmiləri də belə bir hərbi iştirakın planlaşdırılmadığını bildiriblər. O baxımdan sual yaranır ki, İran TRIPP-in fəaliyyətinə mane ola bilərmi? Bəli, diplomatik, siyasi və iqtisadi vasitələrlə buna cəhd edə bilər”.

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı yeni mesaj

Hərbi şərhçi qeyd edib ki, TRIPP Ermənistanın suverenliyi altında mülki nəqliyyat layihəsi kimi qalarsa, İranın ona birbaşa hərbi zərbə endirməsini əsaslandırması daha çətin olar: “Əgər ABŞ–İran qarşıdurması yenidən genişlənər və Tehran marşrutu ABŞ-nin hərbi-strateji mövcudluğunun bir hissəsi kimi qəbul edərsə, risk mənzərəsi dəyişə bilər. Ancaq bunun üçün İranın mütləq seçkilərin nəticəsini gözləməsi lazım deyil. Əgər seçkilərdən sonra ABŞ İrana qarşı hərbi əməliyyatları genişləndirsə və Tehran TRIPP-i ABŞ-ın regional təhlükəsizlik mövcudluğunun bir hissəsi kimi görsə, layihəyə qarşı daha sərt tədbirlər gündəmə gələ bilər. Bununla belə, bu ssenari seçkilərin özündən avtomatik yaranmır. ABŞ-ın sonrakı qərarları, İranın hərbi vəziyyəti və Ermənistanla əldə olunan razılaşmalar həlledici olacaq”.

Musavat.com