Milli Məclisdə “Maraqlar toqquşması haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq.
Editor.az-ın məlumatına görə, sənəd Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gələn həftə keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Layihənin iclasda müzakirəsi nəzərdə tutulur. Sənədin hansı yenilikləri ehtiva etdiyi ilə bağlı əlavə məlumat verilməyib.

