Maaş artımı ilə bağlı qanun layihəsi qəbul edildi – Kimlərə şamil olunur?backend

Maaş artımı ilə bağlı qanun layihəsi qəbul edildi – Kimlərə şamil olunur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Müdafiə Nazirliyinin hərbi qulluqçularının əməkhaqlarında dəyişiklik nəzərdə tutulur. Yeni yanaşmaya əsasən, vergilər və digər məcburi ödənişlər çıxıldıqdan sonra hərbçilərin maaşları orta hesabla 22,8 faiz artacaq.

Editor.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin iclasında müzakirə olunan bir sıra qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihəsində əksini tapıb.

Təklif olunan dəyişikliklər hərbi qulluqçuların əməkhaqqı sisteminə və pensiya təminatının hesablanması qaydalarına aiddir.

Layihəyə əsasən, pensiyanın məbləği ilə təminat xərcliyi arasındakı mövcud əlaqənin aradan qaldırılması nəzərdə tutulur. Gələcəkdə pensiya məbləğinin hesablanmasında şəxsin fərdi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürüləcək.

Əməkhaqqı sistemində də yenilik planlaşdırılır. Belə ki, baza maaşı kimi tətbiq olunan vəzifə maaşının rütbə maaşı ilə əvəzlənməsi, rütbə maaşının ümumi əməkhaqqı strukturundakı payının isə 70 faizə çatdırılması təklif edilir.

Dəyişikliklərin hərbi qulluqçuların maddi təminatını yaxşılaşdırmağa və uzunmüddətli xidmətə marağı artırmağa xidmət etdiyi bildirilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılıb və Milli Məclis tərəfindən üçüncü oxunuşda qəbul edilib.