Pakistanda faciə: Azərbaycan XİN-dən başsağlığıbackend

Pakistanda faciə: Azərbaycan XİN-dən başsağlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanın Peşəvər şəhərində məktəb binasının bir hissəsinin uçması nəticəsində çoxsaylı şagird və müəllimin həlak olması ilə əlaqədar başsağlığı verib.

Editor.az-ın məlumatına görə, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə platforması “X”dəki rəsmi hesabında paylaşım edilib.

Nazirlik faciə nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı çatdırıb, yaralananlara və hadisədən zərər çəkənlərə dəstəyini ifadə edib.

Paylaşımda Pakistanın qardaş ölkə olduğu vurğulanaraq faciə ilə bağlı Azərbaycanın dərin kədər keçirdiyi bildirilib. XİN həlak olanların ailələrinin dərdinə şərik olduğunu qeyd edib.

Xatırladaq ki, Pakistanda məktəb binasının damının uçması nəticəsində 29 nəfər həyatını itirib. Ölənlər arasında 28 uşağın olduğu bildirilir. Hadisə zamanı 40-dan çox insanın yaralandığı qeyd olunur.

Faciə ölkədə böyük kədərə səbəb olub.