Aİ daxilində fikir ayrılığı: Bolqarıstan Tramp və Putinin dizel yanacağı razılaşmasını dəstəklədibackend

Aİ daxilində fikir ayrılığı: Bolqarıstan Tramp və Putinin dizel yanacağı razılaşmasını dəstəklədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqında ABŞ və Rusiya arasında dizel yanacağı ilə bağlı razılaşmaya münasibətdə fikir ayrılığı yaranıb.

Bolqarıstanın baş naziri Rumen Radev ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında əldə edilmiş razılaşmanı dəstəkləyib.

Onun mövqeyi Avropanın Rusiyaya qarşı sanksiyalar və enerji təhlükəsizliyi siyasəti ətrafında davam edən müzakirələri yenidən gündəmə gətirib.
Sofiya enerji qiymətlərinin aşağı salınmasını prioritet hesab edir

Editor.az xəbər verir ki, UNİAN-ın məlumatına görə, Radev bu açıqlamanı Brüsseldə Avropa İttifaqının sammiti ərəfəsində jurnalistlərin suallarını cavablandırarkən verib.

Bolqarıstanın baş naziri Avropada yanacağın yüksək qiymətlərinin iqtisadiyyat və rəqabət qabiliyyəti üçün ciddi problem yaratdığını bildirib. Onun sözlərinə görə, yanacağın qiymətini aşağı salmağa kömək edən istənilən addım müsbət qiymətləndirilməlidir.

Radev bununla enerji bazarında qiymətlərin sabitləşdirilməsinin vacibliyini ön plana çəkib. Lakin bu yanaşma Rusiyaya qarşı məhdudiyyətlərin saxlanılmasını vacib hesab edən Avropa liderlərinin mövqeyi ilə ziddiyyət təşkil edir.

//Samir Qurbanov, Editor.az