Rusiyaya qaçan şəxslə bağlı SON DƏQİQƏ XƏBƏRİbackend

Rusiyaya qaçan şəxslə bağlı SON DƏQİQƏ XƏBƏRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dələduzluqda ittiham olunan Azərbaycan vətəndaşı Anar Abbasov Rusiyadan Azərbaycana ekstradisiya edilib.

Musavat.com xəbər verir ki, Baş Prokurorluğun ekstradisiya ilə bağlı vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin olunub.

Belə ki, Ağstafa Rayon Polis Şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Anar Abbasovun təkrarən qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətməsinə əsaslı şübhələr müəyyən edilib. Bununla əlaqədar onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunub.

İstintaqdan yayınaraq gizləndiyinə görə A.Abbasov barəsində axtarış elan edilib. O, Rusiya Federasiyasının ərazisində saxlanılıb və Ədliyyə Nazirliyinin aidiyyəti qurumları tərəfindən Azərbaycana gətirilib.