Tramp nüvə silahlarının azaldılması ilə bağlı Rusiya və Çinlə danışıqlar aparıldığını açıqlayıbbackend

Tramp nüvə silahlarının azaldılması ilə bağlı Rusiya və Çinlə danışıqlar aparıldığını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp ölkəsinin Rusiya və Çinlə nüvə silahlarının azaldılması və nüvəsizləşdirmə məsələsini müzakirə etdiyini bildirib.

Editor.az xəbər verir ki, Tramp bu barədə Newsmax telekanalına müsahibəsində danışıb.

“Əgər mümkündürsə, nüvəsizləşdirməyə nail olmaq istərdim. Əslində, bu məsələni Rusiya ilə müzakirə edirik, Çinlə də danışırıq”, – deyə ABŞ prezidenti bildirib.

Trampın sözlərinə görə, ABŞ dünyanın ən böyük nüvə arsenalına malikdir. Onun ardınca Rusiya və Çin gəlir.

Amerika lideri hesab edir ki, Çin yaxın beş-altı il ərzində nüvə potensialına görə ABŞ-a çata bilər.

Bununla belə, Tramp mümkün danışıqların konkret vaxtı barədə məlumat verməyib və tərəflərdən hər hansı biri ilə razılaşma əldə olunduğunu açıqlamayıb.

Telekanal xatırladıb ki, may ayında Tramp Çin sədri Si Cinpinlə nüvəsizləşdirmə məsələsini müzakirə edib. Həmin vaxt ABŞ prezidenti nüvə silahlarının azaldılması istiqamətində aparılan səylərə Rusiyanın da qoşulmalı olduğunu bildirmişdi.

//Gülnarə Abasova, Editor.az