Bakının Sabunçu qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Təcili yardım avtomobilinin vurduğu kişi piyada həyatını itirib.
Editor.az-ın Teleqraf.az-a istinadən verdiyi məlumata görə, hadisə Sabunçu qəsəbəsində baş verib.
Qəza ilə əlaqədar əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb. Hadisənin başvermə şəraiti və digər təfərrüatlar araşdırılır.

