Sabah temperatur 31 dərəcəyədək yüksələcəkbackend

Sabah temperatur 31 dərəcəyədək yüksələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 17-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Paytaxt və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, temperaturun gündüz 28 dərəcəyədək yüksələcəyi gözlənilir.

Editor.az APA-ya istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, bəzi vaxtlarda buludluluq artacaq. Gecə və səhər saatlarında ayrı-ayrı ərazilərdə zəif duman müşahidə edilə bilər.

Gecə şimal-şərq istiqamətindən əsən küləyin gündüz cənub-şərq küləyi ilə əvəzlənəcəyi proqnozlaşdırılır.

Paytaxtda havanın temperaturu gecə 18-21, gündüz isə 23-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Bölgələrdə hava şəraiti

Ölkənin rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Bununla belə, gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağması və şimşək çaxması mümkündür. Səhər saatlarında bəzi yerlərdə duman gözlənilir. Külək əsasən şərq istiqamətindən əsəcək.

Rayonlarda gecə 15-18, gündüz 26-31 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə temperatur 8-13, gündüz 18-23 dərəcə isti təşkil edəcək.