Ukrayna Rusiyanın neft emalı zavoduna zərbə endirdi: Zelenski ABŞ-la münasibətlərdən narazılığını bildirdibackend

Ukrayna Rusiyanın neft emalı zavoduna zərbə endirdi: Zelenski ABŞ-la münasibətlərdən narazılığını bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Rusiyanın Ryazan vilayətində yerləşən neft emalı zavoduna pilotsuz uçuş aparatları ilə zərbə endirib.

Hadisə Kiyevin enerji infrastrukturu ilə bağlı hücumların dayandırılması barədə razılaşmanın pozulduğunu bildirməsindən sonra baş verib.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Ukraynanın enerji obyektlərinə hücumlarını davam etdirdiyini və bunun qarşılığında Kiyevin də öz əməliyyatlarını bərpa etmək qərarına gəldiyini bildirib. Ukrayna tərəfinin mövqeyinə görə, enerji obyektlərinə qarşılıqlı hücumların dayandırılması təşəbbüsü Rusiyanın hərəkətləri səbəbindən nəticəsiz qalıb.

Zelenski ABŞ Prezidenti Donald Trampla münasibətlərdə də ciddi narazılıq ifadə edib. Onun sözlərinə görə, Ukraynanın ABŞ-dan aldığı kəşfiyyat dəstəyinin azalması və Starlink rabitə sistemindən istifadəyə qoyulan məhdudiyyətlər ölkənin müdafiə imkanlarına mənfi təsir göstərə bilər. Zelenski həmçinin Vaşinqtonun Rusiya ilə dizel yanacağı sahəsində razılaşmasını tənqid edib.

Ukrayna rəhbərliyi Avropa ölkələrindən əlavə dəstək almağa çalışır. Zelenski Brüsseldə Avropa İttifaqı və NATO nümayəndələri ilə görüşlər keçirərək təhlükəsizlik məsələlərini müzakirə edib.

//Samir Qurbanov, Editor.az