Azərbaycanda əhalinin sayı artdı: Yeni rəqəmlər açıqlandıbackend

Azərbaycanda əhalinin sayı artdı: Yeni rəqəmlər açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ilin əvvəlindən Azərbaycanda əhalinin sayı 17 min 445 nəfər artıb. Sentyabrın 1-nə olan rəsmi göstəriciyə əsasən, ölkə əhalisinin ümumi sayı 10 milyon 279 min 796 nəfərə çatıb.

Editor.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Statistik göstəricilərə əsasən, Azərbaycan əhalisinin 54,3 faizini şəhər sakinləri, 45,7 faizini isə kənd əhalisi təşkil edir.

Cins bölgüsünə gəldikdə, ölkə əhalisinin 50,2 faizi qadınlardan, 49,8 faizi isə kişilərdən ibarətdir.

Beləliklə, açıqlanan məlumatlara görə, Azərbaycanda qadınların əhalinin ümumi sayındakı payı kişilərlə müqayisədə bir qədər yüksəkdir.