Yəməndə husilərlə ölkənin beynəlxalq səviyyədə tanınmış hökumətini dəstəkləyən qüvvələr arasında qarşıdurma yeni mərhələyə qədəm qoyub.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, husilər Ədən şəhərində yerləşən prezident sarayına raket və pilotsuz uçuş aparatları ilə hücum ediblər.
Məlumata əsasən, hücum nəticəsində iki mühafizəçi həyatını itirib. Baş nazir və hökumət üzvlərinin xəsarət almadığı bildirilib. Husilər hücumun Səudiyyə Ərəbistanının hərbi mövqelərinə qarşı yönəldiyini iddia ediblər.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə husiləri krallığın strateji infrastrukturlarına hücumlarda ittiham edib. Tərəflər arasında qarşılıqlı hərbi əməliyyatların genişlənməsi regionda təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirir.
Yəməndəki qarşıdurma yalnız ölkədaxili siyasi mübarizə ilə məhdudlaşmır. Münaqişə İran və Səudiyyə Ərəbistanı arasındakı regional rəqabətlə də əlaqələndirilir. Gərginliyin artması dəniz nəqliyyatı, enerji təhlükəsizliyi və mülki əhalinin
//Samir Qurbanov, Editor.az

