Pensiya əlavəsini kimlər ala biləcək? Yeni qanun qəbul edildibackend

Pensiya əlavəsini kimlər ala biləcək? Yeni qanun qəbul edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclis “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Yeni müddəalar aylıq pensiya əlavəsi almaq hüququ olan şəxsləri və bu ödənişlərin verilmə qaydasını əhatə edir.

Editor.az xəbər verir ki, qanun layihəsinə əsasən, pensiya əlavəsinin konkret məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdiriləcək.

Dəyişikliklərin 2026-cı il oktyabrın 1-dən tətbiq olunması nəzərdə tutulur.

Yeni qaydalara görə, şəxslərə veriləcək aylıq əlavə onların aldığı pensiyanın növünə uyğun müəyyən ediləcək.

Eyni zamanda, bir şəxsin birdən çox pensiya əlavəsi almaq hüququ yarandıqda, ona öz seçimi əsasında yalnız bir əlavə təyin olunacaq və həmin ödəniş həyata keçiriləcək.

Beləliklə, qanunvericilikdə pensiya əlavələrinin təyin edilməsi və ödənilməsi ilə bağlı yeni mexanizmin tətbiqi nəzərdə tutulur.