Adnan Əhmədzadə azadlığa çıxacaqmı? Məhkəmədən yeni qərarbackend

Adnan Əhmədzadə azadlığa çıxacaqmı? Məhkəmədən yeni qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadi təhlükəsizliyə təxribat və mənimsəmə ittihamları ilə həbsdə olan tanınmış iş adamı Adnan Əhmədzadənin həbs müddəti artırılıb.

Editor.az-ın məlumatına görə, “Qafqazinfo”nun əldə etdiyi məlumata əsasən, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) iş adamının həbsdə saxlanılma müddətinin uzadılması üçün məhkəməyə vəsatət təqdim edib.

Vəsatətdə xüsusilə ağır cinayətlərlə bağlı aparılan istintaqın başa çatdırılması üçün əlavə vaxta ehtiyac olduğu bildirilib. Qeyd olunub ki, irihəcmli cinayət işi üzrə yeni sübutların toplanması zərurəti yaranıb və mövcud 13 aylıq istintaq müddəti bütün prosessual tədbirlərin yekunlaşdırılması üçün kifayət etmir.

Səbail Rayon Məhkəməsi təqdim olunan vəsatəti təmin edib. Məhkəmənin qərarı ilə Adnan Əhmədzadənin həbsdə saxlanılma müddəti qanunvericilikdə nəzərdə tutulan son həddə uyğun olaraq daha 6 ay artırılıb.

Qanunvericiliyə əsasən, xüsusilə ağır cinayətlər üzrə ibtidai istintaq dövründə həbsdə saxlanılma müddəti, bir qayda olaraq, 13 ayı keçməməlidir. İstisna hallarda isə bu müddətin 19 aya qədər uzadılmasına imkan verilir.

Xatırladaq ki, əvvəllər SOCAR-da yüksək vəzifədə çalışmış Adnan Əhmədzadə ötən ilin sentyabrında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. O, iqtisadi təhlükəsizliyə təxribat və mənimsəmə ilə bağlı ittiham olunur.