Şagirdin makiyajı məktəbdə qalmaqala səbəb oldu – Ata həbs edildibackend

Şagirdin makiyajı məktəbdə qalmaqala səbəb oldu – Ata həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Qaradağ rayonunda yerləşən məktəblərdən birində şagirdin dərsə buraxılmaması münaqişəyə səbəb olub.

Editor.az-ın əldə etdiyi məlumata görə, 9-cu sinif şagirdi kosmetik vasitələrdən istifadə etdiyi üçün dərsə buraxılmayıb. Bundan sonra onun atası Çingiz Balabəyov məktəb direktoruyla mübahisə edib, müəllimlərə qarşı nalayiq ifadələr işlədərək təhsil müəssisəsinin normal fəaliyyətinə mane olub.

Hadisə ilə əlaqədar saxlanılan Çingiz Balabəyov barəsində həbs qərarı verilib.